Türkiyə yasda - 4 şəhid var


23:15     22 Mart 2018 96sehid466.jpg

Qardaş Türkiyənin Suriyanın Afrin bölgəsində apardığı əməliyyatlar zamanı 3 əsgəri şəhid olub, daha 3-ü isə yaralanıb.


Femida.az İhlas agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, əsgərlər əldəqayırma bombanın partlaması nəticəsində həlak olublar. Partlayış ərazidə axtarış-təmizləmə işləri aparılan zaman baş verib.

Bundan əlavə ordunun Bitlis əyalətində PKK terroçularına qarşı apardığı döyüşlər zamanı da 1 əsgər şəhid olub, daha 1-i isə yaralanıb. Yaralı əsgər xəstəxanaya yerləşdirilib.

Açar sözlər: #Türkiyə   #Şəhid  

Oxunub: 895