Azərbaycan prezidenti pakistanlı həmkarına məktub göndərib
23:32 22 Mart 2018
Azərbaycan prezidenti İlham Əliyev pakistanlı həmkarı Məmnun Hüseynə məktub göndərib.
Femida.az -ın məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Pakistan Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Azərbaycan-Pakistan əlaqələri ortaq mənəvi dəyərləri bölüşən qardaş xalqlarımızın iradəsindən qaynaqlanır. Qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsini xüsusi qeyd etmək istəyirəm. İnanıram ki, strateji tərəfdaşlığımızın və müttəfiqliyimizin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı və möhkəmlənməsi yolunda birgə addımlarımız bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcək.Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına sülh və rifah diləyirəm".
Oxunub: 669
Oxşar xəbərlər
- Pakistanda hərbi helikopter qəzaya uğrayıb, 2 zabit, 4 əsgər ölüb
- Pakistanda musson yağışlarda ölənlərin sayı 1 400 nəfərə çatıb
- Pakistanın cənub-qərbində 9 yaraqlı zərərsizləşdirilib
- Pakistanda terror aktı olub, 10 hərbçi yaralanıb
- Pakistanda avtobus dərəyə aşıb, 19 nəfər ölüb
- Azərbaycan Prezidenti Pakistan Senatının sədrini qəbul edib
- Pakistanın Baş naziri bu gün Türkiyəyə səfər edəcək
- Pakistanın Baş naziri Türkiyəyə səfər edəcək
- Pakistanda partlayış olub, ölən və yaralananlar var
- Pakistanın yeni Baş naziri seçilib