Ər arvadını bıçaqlayaraq qətlə yetirdi - Abşeronda
13:11 23 Mart 2018
Xırdalan şəhərində gənc qadın bıçaqlanaraq öldürülüb.
Femida.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə ötən gün axşam saatlarında baş verib.
Belə ki, 1989-cu il təvəllüdlü Türkanə Kamran qızı Məmmədcanova həyat yoldaşı (hələlik ad soyadı açıqlanmır) ilə mübahisə edib. Nəticədə əri T.Məmmədcanovaya bir neçə bıçaq zərbəsi vurub. Yaralı çoxlu qan itirərək hadisə yerində dünyasını dəyişib.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Femida.az
Oxunub: 2927
Oxşar xəbərlər
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Tərtərdə bacısını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Tanışını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Bakıda dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib
- Məhkəmə hakimlərinə məzuniyyətə çıxarkən verilən pul vəsaiti azaldılıb
- Konstitusiya Məhkəməsi sədrinin maaşı 1075 manat artırılıb
- Azərbaycanda məhkəmə hakimlərinin maaşı artırılıb
- Gəncədə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Mixeil Saakaşvilinin məhkəməsi yenidən təxirə salınıb
- Bakıda 9 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib