Nazir vətəndaşları qəbul edəcək


22:17     23 Mart 2018 azad%20r.jpg

Gənclər və idman naziri Azad Rəhimov martın 27-də Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək.


Nazirliyin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Mingəçevir şəhəri, 20 yanvar küçəsi 172, İH-nin yaxınlığı) başlayacaq.

Qəbulda Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab şəhər və rayon sakinləri iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab rayon (şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlaya bilərlər.

Femida.az

Açar sözlər: #Nazir   #Mingəçevir   #Yevlax  

Oxunub: 628