Həyətindən qumbara tapdı


00:03     24 Mart 2018 qumbara.jpg

İsmayıllı rayonunda əl qumbaraları tapılıb.



Bu gün axşam saatlarında İsmayıllı şəhər sakini, 1994-cü il təvəllüdlü İsmayılov Teymur Tahir oğlu yaşadığı evin qarşısında, yolun kənarında ağac əkmək üçün quyu qazarkən torpağın altından 2 ədəd əl qumbarası tapıb.


T. İsmayılov dərhal İsmayıllı rayon Polis Şöbəsinə məlumat verib. Polis əməkdaşları həmin əraziyə gələrək partlayıcıları zərərsizləşdiriblər. Şəhərin Babadağ küçəsində, torpağın altında başqa əl qumbaralarının da olduğu ehtimal edilir. Ona görə də polis əməkdaşları T. İsmayılova torpaqda qazıntı işlərini dayandırmağı məsləhət görüblər. Partlayıcıların torpağa kim tərəfindən və nə vaxt basdırılması hələ məlum deyil.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


(APA)

Açar sözlər:

Oxunub: 496