Ermənilər azərbaycanlı iş adamına hücum etdi


00:59     24 Mart 2018 18_03_23_1521819130.jpg

Ukraynanın Luqansk vilayətinin Artemovskiy rayonunda ermənilər azərbaycanlı biznesmenə hücum edərək onu ölümcül döyüblər.


Femida.az xəbər verir ki,"Report"un əldə etdiyi məlumata görə, əslən Ağdam rayonundan olan, 1975-ci il təvəllüdlü Salamov Mürvət Qulu oğlu martın 20-də şəxsi avtomobilində olan zaman ermənilərin hücumuna məruz qalıb.

Ukrayna vətəndaşları olan Karen və Qriqor adlı ermənilər azərbaycanlı iş adamının əvvəlcə avtomobilini yararsız hala salıblar, sonra isə özünü avtomobildən düşürərək dəyənəklə ölümcül döyüblər.

Ermənilər hadisə yerindən qaçıblar. Yerli mafiyanın üzvü olduğu bildirilən Karen və Qriqor əvvəllər M.Salamovu dəfələrlə hədələyiblərmiş.

Döyülmə nəticəsində ağır xəsarət alan azərbaycanlı biznesmen rayon xəstəxanalarının birinə yerləşdirilib, vəziyyəti ağırdır.

Açar sözlər:

Oxunub: 707