Gömrükdən 36 kq qızıl keçirmək istədi


14:30     24 Mart 2018 qizil1.jpg

Gürcüstan-Türkiyə sərhədində yerləşən "Sarpi" buraxılış məntəqəsində Gürcüstan ərazisinə 36 kiloqram qızıl və 4 kiloqram gümüş məmulatları keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.

Femida.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, “Mercedes Benz” markalı avtobusun gizli yerində aşkarlanmış zinət əşyalarının ümumi dəyəri 2 milyon laridən çoxdur (821 202 dollar). Faktla bağlı istintaq aparılır.

Femida.az

Açar sözlər: #Gömrük   #Türkiyə   #Qızıl  

Oxunub: 484