Seçki bülletenlərinin çapına başlanıldı
15:59 24 Mart 2018
Azərbaycanda Prezident seçkiləri üçün seçki bülletenlərinin çapına başlanılıb.
Femida.az-ın xəbərinə görə, bülletenlər Milli Məclisin mətbəəsində çap edilir. Ümumilikdə, 5 milyon 347 min 803 seçki bülleteninin hazırlanması nəzərdə tutulub.
MSK-nın təsdiqlədiyi Azərbaycan Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bülletenlərin çapı səsvermə gününə ən azı 10 gün qalmış, yəni aprelin 1-dək başa çatdırılmalıdır.
MSK səsvermə gününə azı 5 gün qalmış, yəni aprelin 6-dək seçki bülletenlərini dairə seçki komissiyalarına verməlidir. Səsvermə gününə azı 3 gün qalmış, yəni aprelin 8-dək dairə seçki komissiyaları seçki bülletenlərini məntəqə seçki komissiyalarına paylamalıdırlar.
Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib. Ölkədə 5 milyon 309 min 434 seçici var. Seçki Məcəlləsinə əsasən, seçki bülletenlərinin sayı seçicilərin sayından 3 faiz artıq olmalıdır.
Femida.az
Oxunub: 507
Oxşar xəbərlər
- Bu gün Fransada prezident seçkilərinin ikinci turu keçiriləcək
- XİN: "Abxaziyadakı qondarma "seçkiləri" tanımırıq"
- Məzahir Pənahov boş deputat yerlərinə təkrar seçkilərdən danışıb
- Liviyada parlament seçkilər üçün yeni tarix tələb edib
- Qəddafinin oğlu Liviyada prezident seçkilərində iştirak etmək niyyətindədir
- Bolqarıstanda prezident və parlament seçkiləri keçirilir
- Gürcüstanda seçkilərin ikinci mərhələsi başa çatıb
- Özbəkistanda prezident seçkiləri başa çatıb
- Özbəkistandakı prezident seçkiləri baş tutmuş hesab olunub
- Bu gün İraqda növbədənkənar parlament seçkiləri keçiriləcək