4 təşkilat seçkilərdə exit-poll keçirmək istəyir


16:09     24 Mart 2018 2018/03/A4935F17-A0BB-4473-A619-ABB82688BD14_1521879073.jpeg

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar “exit-poll” keçirmək üçün təşkilat MSK-ya sənədlərini təqdim edib.

Femida.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. Onun sözlərinə görə, müraciətlərlə bağlı MSK qərar qəbul edəcək.

Qeyd edək ki, “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”na əsasən "exit-poll" keçirmək istəyən təşkilatlar səsvermə gününə ən azı 20 gün qalanadək akkreditasiya üçün sənədlərini MSK-ya təqdim etməlidirlər.

MSK səsvermə gününə ən azı 10 gün qalanadək "exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməlidir.

Femida.az

Açar sözlər:

Oxunub: 562