Axtarışda olan 9 nəfər tutulub


17:00     24 Mart 2018 2018/02/polis_yeni_1518511611.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 64 cinayət faktı qeydə alınıb, onların da 9-u “isti izlər”lə açılıb.

DİN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə 9 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 14 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 11 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər: #DİN   #Polis   #Axtarış  

Oxunub: 622