Bayram günü 200 min manatlıq oğurluq - Şamaxıda


18:26     24 Mart 2018 ogru%20n.jpg


Bakıda Novruz bayramı günü evdən 200 min manat və 100 min manatlıq qızıl oğurlanıb.

DİN-in mətbuat xidmətindən Femida.az-a daxil olan məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 21-də rayon ərazisindəki evlərin birindən 200000 manat və 100000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini Yadigar Dadaşov, Sahil qəsəbə sakinləri Dünyamalı Güləliyev və əvvəllər məhkum olunmuş Osman Məmmədov saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər: #oğurluq   #kriminal   #bayram  

Oxunub: 997