Əcnəbi vətəndaş 14 min dollarla bara girdi - Qız pullarını oğurladı


19:38     24 Mart 2018 18_03_24_1521888000.jpg


Bakıda əcnəbi vətəndaşın 14 min dolları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, martın 21-də Nərimanov rayonu ərazisində yerləşən klubda əcnəbi vətəndaş Cavad Nuravkən Davudun cibindən içərisində 14 000 ABŞ dolları, sürücülük vəsiqəsi, hərbi bilet və bankomat kartları olan pul kisəsi oğurlanıb.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Məftunə Mehdiyeva saxlanılıb.

Onun Nəsimi Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 177 (oğurluq) və 180-ci (soyğunçuluq) maddələri ilə axtarışda olması da müəyyən edilib.

Femida.az

Açar sözlər: #oğurluq   #kriminal   #əcnəbi  

Oxunub: 1494