Qarabağdan qovulan general Ermənistanda vəzifəyə təyin edildi


20:09     24 Mart 2018 18_03_24_1521890975.jpg


2017-ci il fevralın 7-də işğal altında olan Qarabağda qanunsuz hərbi birləşmənin komandir müavini general-mayor Mikayel Arzumanyan tutduğu "vəzifə"dən azad edilib.

Əldə edilən məlumatlara görə Mikayel Arzumanyan Ermənistana gətirilərək, Serj Sarkisyanın baş inspeksiya müfəttişi Mikayel Harutyunyanın müavini vəzifəsinə təyin edilib.

İşğal altında olan qanunsuz hərbi birləşmənin komandir müavini vəzifəsinə isə hələlik yeni təyinat edilməyib.

Femida.az

Açar sözlər: #Qarabağ   #general   #Ermənistan  

Oxunub: 1253