Seçkilər üçün 56 min yerli, 312 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib


20:47     24 Mart 2018 big_1419494660_secki.jpg


Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar dairələr üzrə müşahidə aparmaq istəyən 55 min 887 yerli müşahidəçi qeydiyyatdan keçib.

Femida.az-ın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

M. Pənahov deyib ki, prezident seçkilərini müşahidə etmək üçün MSK-da 969 yerli müşahidəçi qeydiyyatdan keçib.

312 nəfər isə beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

M. Pənahov deyib ki, bura ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 280 qısa müddətli müşahidəçisi və MDB-nin qısa müddətli müşahidəçiləri bu siyahıya daxil deyil.

Femida.az

Açar sözlər: #seçki   #prezident   #qeydiyyat   #müşahidəçi  

Oxunub: 802