37 il məhkum həyatı yaşayan şəxs oğurluğa görə yenidən tutuldu


21:55     24 Mart 2018 18_03_24_1521899926.jpg


Goranboy rayonunda mal-qara oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, rayonun Borsunlu kəndində ümumi dəyəri 5 min 200 manat olan 4 baş iribuynuzlu heyvanları oğurlayan şəxs saxlanılıb. Belə ki, həmin kəndin sakini olan, 1961-ci il təvəllüdlü Etibar Qarayev Ələddin oğlu martın 20-də həmkəndlisinin həyətyanı səhəsində yerləşən tövlədən mal-qaranı oğurlayaraq onları satmaq istəyib.

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat axtarış tədbirləri nəticəsində E.Qarayev saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (Oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, saxlanılan şəxs keçmiş məhkumdur və ümumilikdə 37 il həbs cəzası yaşayıb.

Faktla bağlı araşdırma aparılır./report

Femida.az

Açar sözlər: #həbs   #oğru   #kriminal  

Oxunub: 1281