Maskalı şəxslər Bakıda evə basqın etdilər


22:53     24 Mart 2018 18_03_24_1521902716.jpg


Bakıda evə maskalı basqın olub.

DİN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, martın 15-də Sabunçu rayonunun 2-ci Zabrat qəsəbəsi ərazisində yaşayan Afət Əzizovanın evinə girmiş 2 maskalı şəxs onun və qızı Firuzənin qol və ağızını yapışqanlı lentlə bağlayıb bıçaqla hədələyərək oradan 1700 manat pul aparıb.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Ramin Ağayev və Ceyhun Adıgözəlov saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər: #DİN   #kriminal   #polis   #basqın  

Oxunub: 925