Anasının qəbri üstündə intihar etdi - Bakıda dəhşət

Anasının qəbri üstündə intihar etdi - Bakıda dəhşət


23:35     24 Mart 2018 intihar%20qadin.jpg

Hadisə Suraxanı rayonu, Əmircan qəsəbəsində qeydə alınıb.


Femida.az bildirir ki, ölkə.az-a verilən məlumata görə, 1991-ci il təvəllüdlü Əhmədov Fərid Səfər oğlu bir neçə bıçaq xəsarəti ilə 3 saylı şəhər xəstəxanasına gətirilib. Məlum olub ki, F.Əhmədov özünə anasının qəbrinin üstündə xəsarət yetirib.

Belə ki, dayısıoğlu ilə anasının qəbrini ziyarətə gedən Fərid qohumundan bir az aralı durmağı xahiş edib. Fəriddən ayrılan dayısıoğlu 5 dəqiqə keçməmiş bibisioğlunu qan içində görüb.

Üzərində gəzdiridiyi bıçaqla özünə bir neçə bıçaq xəsarəti yetirən Fəridin vəziyyəti ağır kimi qiymətləndirilir.

Araşdırmalar zamanı məlum olub ki, F.Əhmədov 2-ci qrup əlildir və psixoloji probemləri var, dəfələrlə bu xəstəliklə əlaqədar xəstəxanada müalicə alıb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 4851