Bakıda silahlı qruplar arasında atışma – Ölən var
13:23 25 Mart 2018
Bakıda iki silahlı qrup arasında atışma olub.
Femida.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində, ötən gün saat 22 radələrində qeydə alınıb. Belə ki, iki qrup arasında “Makarov” tipli tapançayla silahlı qarşıdurma yaranıb. Nəticədə şəxsiyyəti hələ müəyyənləşdirilməyən 35-40 yaşlı kişi bir neçə güllə yarası alıb. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlayıb. Hadisə yerinə prokurorluq orqanının əməkdaşları cəlb edilib.
Femida.az
Oxunub: 1125
Oxşar xəbərlər
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- ABŞ-da atışma olub, ölən və yaralananlar var
- Somalidə hava limanında baş verən atışmada 11 nəfər ölüb
- ABŞ-da paradda atışmada ölənlərin sayı 7 nəfərə çatıb
- Ermənistanda Rusiya üstündə atışma olub, 2 hərbçi ölüb, 5 nəfər yaralanıb
- İraqda PKK terrorçuları ilə atışmada 1 əsgər həlak olub
- ABŞ-da festivalda atışma olub, ölən və yaralananlar var
- Kəlbəcərdə atışma olub
- ABŞ-da atışma nəticəsində 6 nəfər ölüb
- ABŞ-da atışma olub, ölən və xəsarət alanlar var