Azərbaycanda muzdlu işçilər 519 manat maaş alır


15:15     25 Mart 2018 18_03_25_1521959854.jpg


Yanvarda ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,0 faiz artaraq 519,8 manata çatıb.

Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, əməkhaqqı neft sektorunda 3129,2 manat, qeyri-neft sektorunda 458,9 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 394,2 manat, özəl müəssisələrdə isə 695,0 manat təşkil edib.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Femida.az

Açar sözlər: #statistika   #iqtisadiyyat   #iş   #maaş  

Oxunub: 1466