Azərbaycan neftinin qiyməti dəyişdi


19:28     25 Mart 2018 neft%20qiymeti%20femida.jpg

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 23-də 71,51 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 0,77 dollar/barel çoxdur.

Femida.az bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 23-də 70,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,76 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 23-də 66,69 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,89 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə martın 23-də 68,95 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,71 dollar/barel çoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 488