Meşələrdə başlayan yanğın söndürüldü


23:01     25 Mart 2018 18_03_25_1521990218.jpg

“Hirkan” Milli Parkın ərazisində və meşə fonduna aid ərazilərdə kol-kos, quru ot və qurumuş ağac kötükləri yanıb
Astara, Lənkəran və Lerik rayonları ərazisində yüksək dağ massivində aparılan yanğınsöndürmə işləri başa çatıb.



Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğınlar nəticəsində “Hirkan” Milli Parkın ərazisində və meşə fonduna aid ərazilərdə kol-kos, quru ot və qurumuş ağac kötükləri yanıb.

Milli Parkın və meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub.


Yanğınların söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin qüvvələri və yerli əhali cəlb edilib.

Açar sözlər:

Oxunub: 818