Dağıstanda beş yerli sakin meşədə qətlə yetirilib


16:35     20 Sentyabr 2015 mesede%20yasayan%20mecburi%20kockun.jpg

Dağıstanın Süleyman-Stal rayonunda meşə massivində iki gündə beş yerli sakinin meyiti tapılıb.


Femida.az-ın verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarından bildirilib ki, sentyabrın 18-də iki yerli ovçu Rayon Polis Şöbəsinə müraciət edərək, meşədə iki yoldaşlarının itkin düşdüyü barədə xəbər veriblər.

Axtarışlar zamanı həmin gün üç başqa şəxsin meyiti tapılıb. Əlləri bağlı şəkildə aşkarlanan şəxslərin güllələndikləri məlum olub.

İtkin düşmüş iki ovçunun meyiti isə güllə yaraları ilə sentyabrın 19-da meşədə tapılıb.

Hüquq-mühafizə orqanlarındakı mənbə qətlləri Dağıstanın cənubunda fəaliyyət göstərən yaraqlıların törətdiyindən şübhələndiklərini bildirib.

Qeyd edək ki, sentyabrın 9-da Dağıstanın Xasavyurt rayonunda məscidin imamı Kuruş Maqomed Xıdırov da öldürülüb. İstintaqın versiyasına görə, qətl Xıdırovun dini fəaliyyəti ilə bağlı ola bilər.

Açar sözlər:

Oxunub: 756