Futbolçu oyun zamanı öldü – VİDEO


01:03     26 Mart 2018 18_03_25_1521997690.jpg

Xorvatiya milli liqasının oyunu zamanı 25 yaşlı futbolçu Bruno Boban sinəsinə dəyən top zərbəsindən sonra vəfat edib.


Femida.az Sport.rambler.ru-ya istinadla xəbər verir ki, bu haqda “Marsoniya” klubunun səhifəsində qeyd edilib.

Faciə “Slavoniya” ilə görüşün 15-ci dəqiqəsində baş verib. Topun Bobana dəyməsi nəticəsində o, özünü pis hiss edib. Komanda yoldaşları və həkimlər onu xilas edə bilməyiblər.

“Marsoniya” klubunun bütün oyunçuları, rəhbərliyi və əməkdaşları Bobanın ailəsinə vaxtsız itkiyə görə başsağlığı verir”, – klubunun Facebook səhifəsində yazılıb.

Futbolçunun ölüm səbəbi hələ ki açıqlanmır.


Açar sözlər: #Video   #Futbol  

Oxunub: 2921