57 yaşlı kişi quyuya yıxıldı


14:21     26 Mart 2018 su_quyusu_0111.jpg

Qaxda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.


Martın 25-də saat 19.00 radələrində Qax şəhəri, H. Z. Tağıyev küçəsi ev 1 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Ləqman Mehdi oğlu Əhmədov travmatikşok vəziyyətdə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-ya bildirilib ki, Ləqman Əhmədovun “Qax Taxıl” Açıq Səhmdar Cəmiyyəti müəssəsinin həyətindəki quyuya yıxılaraq ağır qapalı kəllə-beyn travması aldığı məlum olub. Xəstəxanada ilkin tibbi yardım göstərilən xəstə müayinə və müalicəsini davam etdirmək üçün Gəncə şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Quyu   #Qax  

Oxunub: 759