Mingəçevirdəki yanğınla bağlı açıqlama - Təxliyə olunanlar var


19:13     26 Mart 2018 fhn.jpg

Mingəçevir şəhərində beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 20 m2 olan birotaqlı mənzildə 2 ədəd məişət avadanlığı yanıb.


Femida.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: #Mingəçevir   #Yanğın  

Oxunub: 1229