DTX-nın hərbi qulluqçuları təltif edildi - SİYAHI


20:29     26 Mart 2018 345135_456625serencam9.jpg

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

general-mayor ali hərbi rütbəsi


polkovnik Rəşad Firidun oğlu Həmzəyevə
polkovnik İmran Surxay oğlu Tağı-zadəyə

ədliyyə general-mayoru ali hərbi rütbəsi

ədliyyə polkovniki Həsən İsa oğlu Mansurova

Dövlət başçısı, həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycanda milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Əliyev Zaur Aydın oğlu – polkovnik
Hacıyev Bəxtiyar Zabil oğlu – ədliyyə polkovniki

“Vətən uğrunda” medalı ilə

Ramazanov Rafiq Sultan oğlu – polkovnik
Hüseynov İlqar Yavər oğlu – polkovnik
Yaqubov Fəqan Vaqif oğlu – polkovnik-leytenant
Camalxanov Zaur Vəli oğlu – polkovnik-leytenant
Məmmədquliyev Əli Şüceyib oğlu – mayor

“İgidliyə görə” medalı ilə

Qasımov Məmməd Fərman oğlu – polkovnik-leytenant
Cavadov Hüseyn Yaqub oğlu – polkovnik-leytenant
Əzimov Əzim Yaqub oğlu – leytenant

“Hərbi xidmətlərə görə” medalı ilə

Abdulov İlqar Yaşar oğlu – polkovnik-leytenant
Bəşirov Coşqun Şərif oğlu – polkovnik-leytenant
Əliyev Samir Qadir oğlu – ədliyyə polkovnik-leytenantı
Paşayev Qənimət Əliheydər oğlu – mayor
Hacıyev Ramil Kamil oğlu – mayor
Həşimov Mirələm Ağamir oğlu – mayor
Ələskərov Kazım Faiq oğlu – mayor
Zeynalov Vüsal Nayib oğlu – kapitan
Qəmbərli Kamal Müşviq oğlu – baş leytenant

O cümlədən xarici kəşfiyyat xidmətinin digər əməkdaşları da təltif olunublar. Təltif edilənlərin arasın XKX-nın rəis müavini Ceyhun Şadlinskinin də adı var.

Femida.az

Açar sözlər: #sərəncam   #hərbi   #rütbə  

Oxunub: 4916