“Niva” divara çırpılaraq aşdı - Şəkidə ağır qəza (VİDEO)


13:32     27 Mart 2018 18_03_27_1522128739.jpg

Şəkidə gecə saatlarında yol qəzası baş verib.

Hadisə şəhərin İzzət Həmidov küçəsində qeydə alınıb.

Femida.az ARB-ə istinadən xəbər verir ki, Şəki şəhər sakini Alxasov Kamal Elşad oğlunun idarə etdiyi “Niva” markalı avtomobil idarəetməni itirərək yolun solundakı divara çırpılıb və aşıb.

Nəticədə sürücü və avtomobildə olan digər sərnişin Şirinov Məmmədseyid müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.



Femida.az

Açar sözlər: #Şəki   #qəza   #hadisə   #kriminal  

Oxunub: 2004