​Məşhur yazıçı vəfat edib


19:20     20 Sentyabr 2015 7d8a7c61-17c7-4957-8a9a-2fe31dfe4ae3.jpg

ABŞ-da məşhur britaniyalı yazıçı Ceki Kollinz 77 yaşında dünyasını dəyişib.


Femida.az xəbər verir ki, çoxsaylı bestsellerlər müəllifinin ölümünə onkoloji xəstəlik səbəb olub.

Yazıçının ailəsi tərəfindən yayılan məlumatda Kollinzin 6 ildən artıqdır döş xərçəngindən əziyyət çəkdiyi bildirilir.

Jaklin Cill Kollinz karyerasına 1968-ci ildə başlayıb. Ötən illər ərzində onun Hollivudda həyat və cinayət aləmi haqqında kitablarının tirajı 500 milyon nüsxəyə çatıb. Onun 32 romanının hər biri bestsellerlər siyahısına düşüb.

Açar sözlər:

Oxunub: 810


Oxşar xəbərlər