Xarici ölkə vətəndaşından Azərbaycanda boşanmaq olarmı? - Qanun


15:34     27 Mart 2018 bosanmalarin-sayi-artib-azerbaycanda1-660x400.jpg


Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Bu dəfəki mövzumuz nigahda olan ayrı-ayrı ölkə vətəndaşlarının boşanma zamanı qarşılaşdığı problemdir.

Sual: - Ər Rusiya vətəndaşıdır, arvad isə Azərbaycan vətəndaşı. Nikahları Rusiyada baş tutub və 5 yaşında uşaqları var. Qadın boşanmaq istəyirsə, Azərbaycanda məhkəməyə müraciət edə bilərmi?

Mülkü Prosessul məcəllənin 36.5 bəndinə görə, iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.

Boşanmaq istəyən xanım himayəsində azyaşlı uşaq olduğundan qeydiyyatda olduğu yerin məhkəməsinə iddia ərizəsi ilə müraciət edib boşana bilər. Bunun üçün nigah şəhadətnaməsinin əsli, uşağın qeydiyyat metirkasının təsdiqlənmiş surəti və yaşayış yerindən arayış lazımdır.

Qadının himayəsində azyaşlı uşağı varsa, onun yaşayış yeri üzrə və ya ərin Azərbaycanda qeydiyyatı varsa, qeydiyyat yeri üzrə Azərbaycanın müvafiq rayon/şəhər məhkəməsi boşanma iddiasına baxıb onun təmin olunması barədə qətnamə çıxara bilər. Bu halda qətnamə Rusiyada tanınmalı və icraya yönəldilməlidir. Bundan sonra həmin qətnamə əsasında Rusiyanın müvafiq dövlət orqanı nikahın ləğvi haqqında akt qeydləri kitabında qeydiyyat aparacaq və ər/arvad həmin orqandan nikahın pozulması haqqında şəhadətnamə ala bilər.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #məhkəmə   #hüquq   #hüquqşünas   #vəkil   #qanun   #məcəllə   #boşanma  

Oxunub: 8980