“Real” TV peyk telekanallarının siyahısına daxil edildi


15:47     27 Mart 2018 televizor%20kabel.jpg

Milli Televiziya və Radio Şurası (MTRŞ) “Real” TV-ni kabel şəbəkəsi yayımçısı tərəfindən retranslyasiya olunan xarici və peyk telekanallarının siyahısına daxil edib.


Bu barədə Femida.az-a MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov məlumat verib.

Aparat rəhbəri bildirib ki, bununla da kabel şəbəkəsi yayımçısı tərəfindən retranslyasiya olunan xarici və peyk telekanalların sayı 266-ya çatıb.

Qeyd edək ki, martın 5-də MTRŞ-da “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

"Real" TV martın 15-dən “Azərspace-1” peykində yayımlanır.

Telekanalın baş direktoru Mirşahin Ağayevdir.

Femida.az

Açar sözlər: #RealTV   #Peyk  

Oxunub: 759