Azərbaycanlı xanım ixtiraçı "Forbes"in siyahısında


15:49     27 Mart 2018 18_03_27_1522137497.jpg


Azərbaycanlı gənc ixtiraçı Reyhan Camalova ABŞ-ın məşhur "Forbes" jurnalının istehsal və enerji sənayesi sahəsində 30 yaşınadək olan 30 ən perspektivli iş adamı və ixtiraçıları reytinqinə daxil edilib.

15 yaşlı Reyhan Camalova belə siyahıya daxil edilən ilk azərbaycanlı gənc sahibkar olub.

Qeyd edək ki, Reyhan Camalova Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində öz ixtirası ilə diqqəti çəkib. ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp Reyhanın nailiyyətini təqdir edib.

2002-ci ildə Qubada anadan olan Reyhan yağış suyundan enerji istehsal edən “Rainergy” qurğusunu yaradıb. Qurğu dörd əsas hissədən - yağış suyunun kollektoru, su çəni, elektrik generatoru və batareyadan ibarətdir. Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur, su isə elektrik generatorunun içi ilə sürətlə axaraq elektrik enerjisi yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır, elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və ehtiyacı olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə verir.

"Rainergy" adlandırılan layihə “Climatelaunchpad” yarışmasının Azərbaycan finalında “Tamaşaçıların ən sevimli startapı” adına layiq görülüb. Reyhan Camalova, həmçinin “ASAN xidmət”in ideya müvəkkilidir./olke.az

Femida.az

Açar sözlər: #ABŞ   #Forbes   #ixtira  

Oxunub: 1070