Torpaq üstündə qan töküldü: qardaş qardaşı güllələdi


17:39     27 Mart 2018 gulleleyib.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını qətlə yetirməkdə ittiham olunan 45 yaşlı Şirxan Məhərrəmovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirirlib.


Femida.az virtualaz.org-a istinadən xəbər verir ki, prosesə hakim Mahmud Ağalarov sədrlik edib. Prosesdə təqdirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Ş.Məhərrəmovun himayəsində 4 yetkinlik yaşına çatmayan uşağı var, həyat yoldaşı isə vəfat edib. Əslən Qərbi Azərbaycandan olan Şirxan Məhərrəmov Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitunda gözətçi işləyib.

Hazırlıq iclası aprelin 3-də davam etdiriləcək.

Hadisə 2017-ci il oktyabrın 30-da Xızı rayonun Yarımça kəndində baş verib. Ş.Məhərrəmov qardaşı, 51 yaşlı qardaşı Səməd Məhərrəmovu güllələyib. Ağır xəsarət alan S.Məhərrəmov vəfat edib.

İlkin məlumata görə, iki qardaş arasında uzun müddət torpaq sahəsi üstündə münaqişə varmış. Növbəti mübahisə qansız ötüşməyib. Ş.Məhərrəmov 16 kalibrli tüfənglə özündən 6 yaş böyük qardaşına atəş açıb. S.Məhərrəmov hadisə yerində ölüb.

Femida.az

Açar sözlər: #Toy   #Dava   #Məhkəmə  

Oxunub: 2475