Dini ekstremizmə görə 202 nəfər vətəndaşlıqdan MƏHRUM EDİLİR


19:03     27 Mart 2018 2018/03/176692_456443_1522148874.jpg


Dini ekstremist fəaliyyətlə məşğul olduqlarına görə, ötən il 202 şəxsin Azərbaycan vətəndaşlığından məhrum edilməsi ilə bağlı rəylər hazırlanıb.

Femida.az-ın Trend-ə istinadən məlumatına görə, Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanmış rəylər baxılması üçün müvafiq məhkəməyə təqdim edilib.

Qeyd edək ki, həmçinin 2017-ci ildə Azərbaycan vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı fiziki şəxslərdən və müxtəlif təşkilatlardan daxil olmuş 31507 sənəd (sorğu) araşdırılıb, əvvəlki hesabat dövründən icraatda olan sənədlər də nəzərə alınmaqla 27088 nəfərin Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyənləşdirilib.

Femida.az

Açar sözlər: #din   #ekstremist   #vətəndaş   #pasport  

Oxunub: 932