383 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib - Seçkilərə görə


20:45     27 Mart 2018 aspasecki.jpg

İndiyədək Mərkəzi Seçki Komissiyasında (MSK) 383 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Onlar 37 beynəlxalq təşkilatı təmsil etməklə 49 ölkənin vətəndaşlarıdır.


Bu barədə MSK-nın media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib. MKS rəsmisi qeyd edib ki, indiyədək 53 min 366 yerli müşahidəçi akkreditasiyadan keçib. Onlardan 1139-u MSK-da, 52 min 227-si isə dairə seçki komissiyalarında akkreditasiyadan keçib.

Ş.Əsədli əlavə edib ki, bütün bunlarla yanaşı, siyasi partiyalar tərəfindən aşağı seçki komissiyalarına 4909 məşvərətçi səs hüquqlu üzv təyin olunub.

Femida.az

Açar sözlər: #Seçki   #MSK  

Oxunub: 538