Soyğunçunu tutana 1 kisə qızıl verildi


21:08     20 Sentyabr 2015 soygun.jpg

Türkiyənin İstanbul şəhərində qaz tapançası ilə bank şöbəsini soyandan sonra küçəyə qaçan soyğunçunu, vətəndaşlar və zabıta (bələdiyyə polisi) tutub.


Soyğunçunu tutan zabıta məmuru, Üsküdar bələdiyyə sədri Hilmi Türkmən tərəfindən 1 kisə qızıl ilə təltif olunub.

Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bank şöbəsinə gələn soyğunçu əlindəki qaz tapançası ilə bank işçisini hədələyərək, kassadakı 11 min 200 TL-ni götürüb və bankdan çıxaraq, qaçıb. İzini itirmək üçün bazara girən soyğunçunu zabıta məmuru tutub.

Əraziyə polis çağırılıb və soyğunçu onlara təslim edilib. Soyğunçunu tutan zabıta məmuru baş verənlər haqda bunları deyib: "Belində iki dənə silahla qaçırdı. Əlində də paket var idi. Buna görə şübhələndim və onu tutub yerə yıxdım. Paketin içində 11 bin 200 TL pul varmış. Qandalları taxdıqdan sonra polisə təslim etdik".

Açar sözlər:

Oxunub: 517


Oxşar xəbərlər