NATO-nun 25-dən çox ölkəsi rus diplomatları qovur


22:00     27 Mart 2018 jens-stoltenberg-nato-670.jpg

NATO üzvü olan 25-dən çox ölkə “Skripal işi” ilə bağlı rusiyalı diplomatları ölkədən çıxardır.


Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq bildirib.

Qeyd edək ki, martın 5-də Britaniya xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan Sergey Skripal Solsberi şəhərindəki ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Bu hadisədən sonra Böyük Britaniya və Rusiya arasında diplomatik qalmaqal başlayıb.

Britaniya 23 Rusiya diplomatının ölkədən çıxarılmasına qərar verib. Cavab olaraq Rusiya 23 britaniyalı diplomatı ölkədən qovub. Ancaq məsələ bununla bitməyib. Belə ki, ABŞ, Kanada, Ukrayna və Avropa İttifaqına üzv 15 ölkə sabiq Baş Kəşfiyyat İdarəsinin zabiti Sergey Skripalın zəhərlənməsi faktına görə Britaniyanın mövqeyini dəstəkləyərək rusiyalı diplomatların ölkədən çıxarılmasına qərar verib.

Femida.az

Açar sözlər: #Stoltenberq   #NATO  

Oxunub: 493