Emin Ağalarov faciə qurbanlarına 5 milyonluq yardım etdi


01:35     28 Mart 2018 18_03_27_1522172315.jpg

Müğənni-bəstəkar Emin Ağalarov Rusiyanın Kemerov vilayətində əyləncə mərkəzindəki yanğında həlak olan 64 nəfərin ailəsinə maddi yardım edəcək.

Femida.az xəbər verir ki, biznesmen 5 şəhərdə verdiyi konsertdən əldə etdiyi 5 milyon rubl gəliri faciə qurbanlarının ailələrinə ayırıb. Bu barədə o, İnstaqram hesabında məlumat verib:

“Kemerovda baş vermiş dəhşətli faciəyə biganə qalmaq qeyri-mümkündür. Buna görə mən yanğından sonra köməyə ehtiyacı olan qurbanların və yaralanan şəxslərin ailələrinə pul yardımı etmək qərarına gəlmişəm. Beş şəhərdə konsert vermişəm və hər bir konsertdən 1 milyon rubl gəlirim olub. Bu isə 5 milyon rubl deməkdir. Gəlirimi Müslüm Maqomayev adına Fonda göndərirəm. Bundan əlavə, atam Araz Ağalarov başda olmaqla dostlarımla birlikdə 15 milyon rubl toplamışıq və toplamağa davam edirik”.

E. Ağalarov martın 28-də Tümendə keçirməyi planlaşdırdığı konsertini təxirə saldığını da bildirib.

Femida.az

Açar sözlər: #emin   #ağalarov   #yanğın   #yardım  

Oxunub: 944