İki rayonda ev yanıb


13:12     28 Mart 2018 yangin%20otel%20baki2.jpg

Hacıqabul rayonunda ümumi sahəsi 180 m² olan birmərtəbəli 7 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və ev əşyaları 80 m² sahədə yanıb.


Femida.az FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

İmişli rayonu, Şahverdi kəndində ümumi sahəsi 28 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: #Yanğın   #FHN  

Oxunub: 441