"Sən Allahsan, yoxsa prezidentliyə namizəd?" - Canlı efirdə qalmaqal


14:40     28 Mart 2018 18_03_28_1522219262.jpg


Ötən gün prezidentliyə namizədlərin İTV-də beşinci dəyirmi masası baş tutub.

Femida.az Yenicag.az-a istinadən xəbər verir ki, Cəbhəçilərin Təşəbbüs Qrupundan prezidentliyə namizəd Razi Nurullayev çıxışında ənənəvi dinlərin fəaliyyət göstərməsi üçün hər cür şəraitin olduğunu bildirib. O, Azərbaycanın müsəlman ölkələri arasında ən dünyavi, ən yaşamalı ölkə olduğunu qeyd etməklə yanaşı, tolerantlığın güclü olduğunu söyləyib.

Dini radikal cərəyanların varlığından narahat olduğunu bildirən Nurullayev, hakimiyyətə gələcəyi təqdirdə dini azadlığı məhdudlaşdıracağını qeyd edib. Razi Nurullayev bu səbəbdən İslam modelini hazırladığını deyib.

Onun çıxışının ardınca Sərdar Cəlaloğlu Razi Nurullayevdən onun Allah, yoxsa prezidentliyə namizəd olduğunu soruşur. Cəlaloğlu bildirib ki, İslam modeli Quranda yazılıb.



Femida.az

Açar sözlər: #prezident   #namizəd   #siyasət   #seçki  

Oxunub: 2093