Suraxanıda mənzildən qadın meyiti tapıldı


17:37     28 Mart 2018 meyit.PNG

Suraxanıda mənzildən qadın meyiti tapılıb.


FHN-dən Femida.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Batıyeva Aidə Aydın qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər: #Suraxanı   #Meyit  

Oxunub: 641