Saxta pulla qoyun aldılar


22:51     28 Mart 2018 qoyun_010.jpg

Ağsu rayonunda heyvan bazarında saxta pulla qoyun alan şəxs saxlanılıb.


Rayonun Ağarx kənd sakini Musayev İlyas Yaqub oğlundan Ağsu şəhərində yerləşən heyvan bazarında saxta 600 manat müqabilində 5 baş qoyun alan şəxsin Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Nəcəfov Bəhruz Əbil oğlu olduğu müəyyən edilib.


Ağsu rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin şəxs Sumqayıtda saxlanılaraq Ağsuya aparılıb.

B. Nəcəfov ifadəsində saxta əskinasları Rusiya vətəndaşından, Dağıstan sakinindən aldığını deyib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.

Femida.az

Açar sözlər: #Saxta   #pul   #qoyun  

Oxunub: 846