Mingəçevirdə 32 yaşlı kişi bıçaqlandı


01:02     29 Mart 2018 bicaq.jpg

Mingəçevir şəhərində 32 yaşlı kişi bıçaqlanıb.


Femida.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Tərəvəzçilik yaşayış massivində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü şəhər sakini Anar Yaşar oğlu Quliyev naməlum şəxslə mübahisə zəmnində bıçaqlanaraq ağır xəsarət alıb. Ona döş qəfəsindən bıçaq zərbələri vurulub. Yaralı dərhal xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 516