Keçmiş məhkum yenə öz əməlində imiş - TUTULDU


14:49     29 Mart 2018

Hacıqabulda əvvəllər məhkum olunmuş şəxsdən narkotik vasitə olan tiryək götürülüb.


Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Teymurov Yaşar Müxtəsər oğlu polis tərəfindən şübhəli şəxs qismidə saxlanılıb. Üzərinə baxış zamanı 49 qram çəkidə narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 522