Mənzillərdən oğurluq edən şəxslər tutulub


16:16     29 Mart 2018 ogurluq.PNG

DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Səbail rayonu ərazisindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.


DİN-in mətbuat xidmətindən Femida.az-a bildirilib ki, məlumatla əlaqədar Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırma zamanı ev sahibi olan qadın Bayıl qəsəbəsindəki mənzilindən 200 manat və 63400 manat dəyərində qızıl əşyalarının oğurlandığını bildirib.

Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakinləri Sərxan Bayramov və Teymur Şahpələngov olduqları müəyyənləşib. Oğurladıqları qızıl-zinət əşyalarının bir çoxu polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən qadın isə mənzilindən 4000 manat və 300 ABŞ dollarının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sabirabad şəhər sakini Vüqar Bağırov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə rayon ərazisindəki evlərin birindən 350 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Orxan Məmmədov tutulub

Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.

Femida.az

Açar sözlər: #ənzil   #oğurluq  

Oxunub: 623