Goranboyda DƏHŞƏT - Qardaş bacısını öldürərək basdırdı


16:46     29 Mart 2018 salyan%20meyit.jpg

Goranboy rayon sakini bacısını qətlə yetirib.


Femida.az report-a istinadən xəbər verir ki, hadisə İrəvanlı kəndi ərazisində baş verib.

Belə ki, yerli sakinlər kəndin ərazisində basdırılmış qadın meyiti aşkar ediblər və dərhal polisə məlumat verilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda meyitin basdırıldığı yerdən çıxarılması işləri aparılır.

İlkin məlumata görə, qadın bir müddət əvvəl qardaşı tərəfindən qətlə yetirilərək basdırılıb.

Femida.az

Açar sözlər: #Meyit   #Bacı   #Qardaş  

Oxunub: 1704