İçkili qadın qızınmaq üçün yandırdığı alovda yanaraq öldü - Bakıda


19:47     29 Mart 2018 18_03_29_1522324254.jpg


Bakının Xəzər rayonunda dəhşətli hadisə baş verib.

Femida.az olke.az-a istinadən xəbər verir ki, martın 27-si gecə saatlarında Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivindəki yaşayış olmayan yarımtikilidə yanmış qadın meyiti tapılıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları və məhkəmə-tibbi ekspertiza şöbəsinin əməkdaşları ilkin müayinələr aparıblar. Məlum olub ki, yanan qadın 1956-cı il təvəllüdlü Nina Mamedovadır. Belə ki, tüfeyli həyat tərzi keçirən qadın sərxoş halda yaşayış olmayan yarımtikilidə ocaq qalayıb və qızınmaq istəyib. Ancaq yüksək dərəcədə alkoqollu içki qəbul etdiyindən yuxulayıb və ocağın üstünə yıxılıb. Nəticədə məlum hadisə baş verib./olke.az

Femida.az

Açar sözlər: #qadın   #kriminal   #DİN  

Oxunub: 1177