Baş prokuror ATƏT-in seçki missiyasının rəhbəri ilə görüşüb
21:09 29 Mart 2018
Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov martın 29-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri Korin Yonkerlə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, ölkəmizdə seçkilərin demokratik və şəffaf şəraitdə keçirilməsi, seçicilərin azad şəkildə öz iradələrini ifadə etmələri məqsədilə görülən işlərdən danışan baş prokuror seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verərək, seçkilər zamanı yol verilən qanun pozuntuları ilə bağlı Baş Prokurorluğa daxil olan cinayət xarakterli məlumatların təxirə salınmadan araşdırılmasının təmin edilməsi məqsədilə işçi qrupun yaradıldığını qeyd edib.
Korin Yonker səmimi görüşə görə minnətdarlığını ifadə edərək, seçki müşahidə missiyasının fəaliyyəti və məqsədləri barədə məlumat verib, müşahidə missiyasının seçkiboyu Baş Prokurorluğun işçi qrupu ilə əməkdaşlığına önəm verəcəyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 496
Oxşar xəbərlər
- Avropa Məhkəməsi Ermənistanın növbəti vəsatətini rədd edib
- Prezident İlham Əliyev ATƏT-in sədrini qəbul edib
- ATƏT sədri Azərbaycana səfər edəcək
- Vüqar Səfərlinin vəsatətləri təmin edilməyib
- Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşüb
- ATƏT-in müşahidə missiyasının əməkdaşı Ukraynada öldürülüb
- ATƏT-in qurumları Ukraynada işini davam etdirəcək
- ATƏT sədri Ukraynaya səfər edəcək
- ATƏT Avropada ən yüksək müharibə riski elan edib
- Ceyhun Bayramov: "ATƏT reabilitasiya prosesinə töhfə verə bilər”