Ağstafanın su təchizatı yaxşılaşdırılır


22:47     29 Mart 2018 2018/02/ilham-aliyev_azvision-new-photo-1_1505884733_1517824444_1518415672.jpg

Azərbaycan prezidenti İlham Əliyev Ağstafa şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.


Femida.az-ın məlumatına görə, Ağstafa şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 4,6 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Femida.az

Açar sözlər: #Sərəncam   #Ağstafa  

Oxunub: 649