Təhsil Nazirliyindən valideynlərə XƏBƏRDARLIQ
23:56 29 Mart 2018
Təhsil Nazirliyi valideynlərə xəbərdarlıq edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan Femida.az-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraiti qeyri-sabit keçəcək, güclü (təhlükəli) şimal-qərb küləyi əsəcək.
"Təhsil Nazirliyi bununla bağlı tələbə və şagirdləri diqqətli olmağa, xüsusilə azyaşlı məktəb şagirdlərinin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır. Eyni zamanda Bakıda və Abşeron yarımadasında fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərlərindən göstərilən tarixlərdə müvafiq təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirmələri xahiş olunur", - məlumatda qeyd olunub.
Femida.az
Oxunub: 17861
Oxşar xəbərlər
- Elm və təhsil naziri: "İnstitutlarda çalışan alimlərin ixtisarından söhbət getmir"
- Biləsuvar Təhsil Kompleksinə yeni rəhbər təyin olunub
- Təhsil naziri uşaq bağçalarındakı vəziyyəti açıqlayıb
- Nazir regional təhsil idarələrinə yeni rəhbərlər təyin edib
- Sağlamlıq imkanları məhdud şəxslər sağlam şəxslərlə birgə təhsil alacaq
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb
- Nazirlik xaricdə təhsil alan həkimlərin aksiyasına münasibət bildirib
- Təhsil naziri: "Bu il onlayn qaydada bağçalara işə qəbul keçiriləcək"
- Prezident xaricdə təhsillə bağlı Dövlət Proqramını təsdiq etdi SƏRƏNCAM