Pis hava şəraiti nə vaxta kimi davam edəcək? – AÇIQLAMA


16:44     30 Mart 2018 18_03_30_1522399411.jpg


Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti sabah səhər saatlarınadək davam edəcək.

Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova hazırda mövcud olan qeyri-sabit hava şəraiti haqqında danışarkən deyib.

O bildirib ki, sabah günorta saatlarında havanın temperaturu tədricən mülayimləşəcək:

“Bu gün hava şəraiti ötən günə nisbətən qismən dəyişib. Sutka ərzində paytaxtda və ölkə ərazisində güclü şimal-qərb küləyi əsəcək, arabir yağış yağacaq. Bu hava şəraiti martın 31-i səhər saatlarınadək davam edəcək. Həmin müddətdən sonra şimal-qərb küləyi tədricən mülayimləşəcək və günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq”.

G.Məmmədova bildirib ki, martın 30-31-də havanın temperaturu 5-10 dərəcə aşağı enəcək:

“Bu gün və sabah hava şəraitinin paytaxt Bakıda dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir”.

G.Məmmədova qeyd edib ki, aprelin 1-dən ölkə ərazisində hava şəraiti mülayim və yağmursuz keçəcək./oxu.az

Femida.az

Açar sözlər: #hava   #ekologiya   #soyuq   #proqnoz  

Oxunub: 1076